Son günlərdə ABŞ-ın “Washington Times” qəzetində Rusiyaya qarşı yönəldilən məqalə (https://www.washingtontimes.com/news/2020/sep/7/america-and-its-western-allies-must-push-back-agai/ ) böyük qalmaqala səbəb olub. Yazıda analitik Pol Miller Belarusda və digər postsovet ölkələrində Rusiyanın hibrid üsullarından və SSRİ-ni bərpa etməsi cəhdlərindən yazıb. O cümlədən, Ermənistanın Rusiya tərəfindən silahlanmasından, Azərbaycan daxilində ruspərəst qüvvələrin fəallaşmasından, Azərbaycana qarşı təhdidin Rusiyadan gəldiyindən bəhs olunub.

Maraqlıdır ki, məqaləyə ilk cavab erməniyönümlü Yandex-dən gəlmiş və orada Azərbaycana qarşı ittihamlarla dolu məqalə dərc olunmuşdu. (Link – https://zen.yandex.ru/media/infoteka24/proplachennyi-obijennym-azerbaidjanom-the-washington-times-stalkivaet-lbami-rossiiu-i-zapad-5f57d95fccc2347a76e9a4a7 )
Yandex-in bu məqaləsində nəinki sabiq PA rəhbəri Ramiz Mehdiyevin müdafiəsinə qalxınıb, hətta Azərbaycanda etnik qruplar üsyana səslənir… Rusiyanı tənqid edən, Rusiya imperializminə və İran şovinizminə qarşı tənqidlər yağdıran Pol Miller kimi müəllifə belə reaksiya təəccüb doğurmur. Nədən ki, bir müddət əvvəl tanınmış “Newsweek” jurnalında Pol Miller Rusiya əleyhinə fikirləri ilə yadda qalan məqalə yazmış və Ermənistan-İran-Rusiya üçlüyünü və onların Azərbaycana qarşı fəaliyyətlərini tənqid etmişdi. (Link –  https://www.newsweek.com/us-must-connect-geopolitical-dots-russias-destabilizing-behavior-opinion-1521514 )

Maraqlıdır ki, yalnız əks-təbliğat məqalələri ilə kifayətlənməyən Rusiya Azərbaycan yönümlü müəllifləri və məqalələri hədəf alan digər agentlərini də işə salır. Belə ki, ABŞ-da fəaliyyət göstərən və onlayn tv kanalı idarə edən Sevinc Mirzəyeva (Osmanqızı) və özünü araşdırmaçı-jurnalist kimi təqdim edən Ələkbər (Aleks) Raufoğlu da məqaləyə və onun müəllifinə qarşı qəddarcasına hücuma keçib, Ramiz Mehdiyevin və Rusiyanın müdafiəsinə qalxıblar.
Və ən maraqlısı: Son zamanlar Vaşinqtonda məskən salmış Milli Şura sədri Cəmil Həsənli də bu məqaləyə mövqeyini gecikdirməyib və Azərbaycanın müdafiə olunduğu qəzetin guya heç bir nüfuza malik olmadığını iddia edib. Xatırlatmaq lazımdır ki, Cəmil Həsənlinin “mahal qəzeti” adlandırdığı “Washington Times” qəzetində müxtəlif dövlət xadimləri və Konqres üzvləri həftədə bir neçə dəfə məqalələr dərc etdirir və bu qəzet Ermənistana dəstək verən və redaksiyasında çoxsaylı ermənilər olan “Washington Post” qəzetinə alternativdir. Təəssüflər olsun ki, özlərini azərbaycanlı kimi təqdim edən şəxslər məhz ölkələrinə qarşı çıxan qəzeti dəstəkləyirlər.

Qurban yarmarkasının keçirilib-keçirilməyəcəyi məlum deyil - Amma artıq tenderin qalibi var və pul ayrılıb

Görünür ki, bu insanlar nəinki Azərbaycan yönümlü nəşrləri hədəfə alır, hətta ermənilərin maraqlarına xidmət edən fikirlər səsləndirməkdən çəkinmirlər. Biraz bundan əvvəl – düşmənin 12-17 iyulda Tovuz istiqamətində törətdiyi təxribatlar zamanı – Azərbaycan icmasının müxtəlif ölkələrdə ermənilərə qarşı aksiyalarında aydın şəkildə erməni mövqeyini dəstəkləyən bu şəxslərin sən demə, ermənipərəst mövqelərinin arxasında daha böyük strateji maraqlar dayanıb. Rusiyanın keçmiş Sovet məkanı siyasətini tənqid edən və Ermənistana qarşı Azərbaycanı dəstəkləyən müəllifi hədəfə alan bu insanlar heç bir halda Azərbaycanın dövlət maraqlarını düşünmürlər. Onların iddialarına əsasən, bu məqalədə qıcıq gətirən əsas məqam Mehdiyevin Prezident Əliyevə qarşı çıxması xüsusunda “radikal müxalifətə” dəstək verdiyi və onlarla birgə fəaliyyət göstərdiyi barədə Pol Millerin fikirləri olub. Bir cümlə ilə yazılmış və Azərbaycanda geniş şəkildə müzakirə olunan bu iddiaya belə bir reaksiya verilməsinin şübhəsiz ki, daha geniş səbəbləri vardır. Hər hansı bir müxalif qrupa istinad etməyən məqalənin bu hissəsində özlərini dərhal tanıyan Cəmil Həsənlilər və digərləri özlərini daha çox ifşa etməkdədirlər. Bu insanlar Pol Millerin yalnız bu cümləsi ilə razı olmadıqlarını səsləndirməkdənsə, qəzet və müəllifə aqressiv hücumları ilə yadda qalmış və əslində belə anti-Azərbaycan reaksiyalarının əsas səbəbinin Rusiyanın tənqidi olduğunu etiraf etmiş olublar…

Aydındır ki, Rusiyaya qarşı tənqidlər səsləndirilən məqaləyə və müəllifə qarşı təzyiqlər Rusiyadan gələn təlimat əsasında aparılır. Bu əslində yeganə tendensiya deyil və oxşar mövqe əvvəllər də sərginlənib. Aleks Raufoğlu Azərbaycanla yəhudi icması arasında əməkdaşlığı xüsusilə hədəfə alaraq, İsrailə qarşı tənqidlər bildirib. Görünür, İsrailin Azərbaycanı Ermənistana qarşı dəstəkləməsi və Konqresdə erməni təşəbbüslərinin qarşısını almaqda yardım etməsi Rusiya və ermənipərəst qüvvələrin xoşuna gəlməyib və Alex Raufoğlu onların müdafiəsinə qalxmaqda özünü borclu sayıb.

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyorRaufoğlunun Azərbaycanın lobbiçilik fəaliyyətini tənqid atəşinə tutması, narahatlıq ifadə etməsi də eyni təfəkkürün, təlimatın nəticəsidir və ermənilərin tənqidi ilə hər hərfinə qədər üst-üstə düşür. Hətta, İsrailə qarşı səslənən fikirlər yaxın günlərdə Rusiyanın bir analitik məqaləsi  ilə birbaşa eynilik təşkil edir. (Link – https://www.strategic-culture.org/news/2020/09/10/israel-funds-america-israel-lobby-while-us-taxpayers-pay-endless-fraud-against-themselves/ )
Beləliklə, Sevinc Mirzəyevanın və Ələkbər Raufoğlunun Rusiya-İran-Ermənistan üçlüyünə qarşı tənqidlərə dözümsüzlüyü gözlənilməz deyil.

Raufoğlu yəhudilərin tənqidi ilə kifayətlənməməklə yanaşı, qardaş Türkiyəni də hədəfə alaraq, Ərdoğanı “diktator” adlandırır. 2016-cı ildə Türkiyədəki çevriliş cəhdini “saxta” kimi qələmə verərək, bunun Ərdoğan tərəfindən təşkil olunduğunu iddia edir. Habelə, daha irəli gedərək,  yüzlərlə insanın ölümünə səbəb olmuş, Türkiyənin vətəndaş müharibəsi astanasına gəlmiş, eləcə də hərbi hava qüvvələrinin hücumları ilə nəticələnmiş bu çevrilişin Ərdoğanın yalnız iki-üç jurnalisti susdurmaq istəyi ilə həyata keçirildiyini “izah” edir. Belə bir yanaşmaya adam bilmir gülsün, ya ağlasın. Həmçinin yaddan çıxmamalıdır ki, bugün Azərbaycan strateji tərəfdaşı İsrail və qardaş Türkiyə arasında münasibətlərin sabitləşməsinə xidmət edə bilər. Azərbaycan bu ölkələri barışdırmaq missiyasını öz üzərinə götürmək imkanına malikdir. Görünür ki, Azərbaycanın İsrail və Türkiyə ilə əməkdaşlıq perspektivləri Raufoğlu kimilərinin bu addımlarına rəvac verir və onların fantaziyası Rusiyadan aldıqları təlimat əsasında formalaşır…

İllər boyu ABŞ-da yaşayan Aleks Raufoğlu və Sevinc Mirzəyeva heç vaxt, heç bir yerdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı barədə heç bir məqalə dərc etməyiblər və çıxışlarında bu məsələyə yer ayırmayıblar! Əksinə, bu insanlar gecə-gündüz erməni fəalları ilə birgə Azərbaycanı tənqid edərək ölkəmizin lobbiçilik fəaliyyətini dayandırmağı tələb edirlər.

Səhvlərlə dolu, saxta araşdırmalar aparan və Dövlət Departamentinin üçüncü dərəcəli dostlarından qalma “süfrə qırıntıları” məlumatlarını sensasiya kimi təqdim edən Aleks Raufoğluya adamın necə yazığı gəlməsin? Hətta, vaxtilə Xarici İşlər Nazirliyinin pulu ilə kitablar nəşr etdirən Cəmil Həsənlinin erməni işğalçıları, qondarma rejimin nümayəndələrinin Vaşinqtona gəlişi və Azərbaycan icmasının onlara qarşı aksiya keçirməsilə eyni zamanda Azərbaycanı tənqid atəşinə tutması, bu yaramaz hərəkətin Türkiyə Səfirliyi tərəfindən ifşa olunması necə yaddan çıxa bilər? Qardaş Türkiyənin diplomatının Cəmil Həsənliyə irad tutaraq yalnız öz vətənindəki vəziyyətə deyil, işğal məsələsinə vurğu qoymağı tövsiyə etməsinə baxmayaraq, Həsənlinin eyni ampluada işinə davam etməsi təəssüf doğurur. Aydındır ki, üçüncü tərəfin siyasətini yerinə yetirənlərdən fərqli mövqe gözləmək sadəlövlük olardı.
*
İsrail nümunəsi göstərir ki, siyasi baxımdan bir-biri ilə ciddi fikir ayrılıqlarına malik olan İsrailin Baş naziri Benyamin Netanyahu və onun rəqibi Qantz İsrail və yəhudi xalqı naminə birgə barışıq hökumətinin qurulmasına nail olublar. Məhz bunun nəticəsində İsrail bugün getdikcə güclənir və ərəb ölkələri arasında nüfuzu artmaqdadır. Deyəsən məhz Azərbaycanın da daxili siyasi dialoqun və barışığın nəticəsində güclənməsindən qorxan Mirzəyeva və Raufoğlu kimiləri isə Azərbaycanı hər vəchlə zəiflətməyi qarşılarına məqsəd qoyublar. Onlar erməni işğalını bir dəfə olsun belə tənqid etməyərək, “Washington Postu” deyil, ermənilərə qarşı fəaliyyət göstərən qəzetləri hədəf altına alıblar. Hətta, İsrail dövlətinə yaxın olan, Demokratiyaların Müdafiəsi Fondu tərəfindən Vaşinqtonda ilk dəfə olaraq geniş akademik araşdırma dərc edilməsi də onların qıcığına və tənqidlərinə səbəb olub. (Link – https://www.fdd.org/wp-content/uploads/2020/01/fdd-report-occupied-elsewhere-selective-policies-on-occupations-protracted-conflicts-and-territorial-disputes.pdf) Iranlı güləşçi Navid Afkarinin edamına qarşı Azərbaycandan etirazın Demokratiyaların Müdafiəsi Fondu tərəfindən işıqlandırılması da görünür, təlimatını müvafiq yerlərdən alan Aleks Raufoğlunun xoşuna gəlməyib və bu sırada Fondu tənqiddən çəkinməyib. Ölümlə üzləşən və çox təəssüf ki, həyatını qəddar İran rejiminin əlində itirmiş bir insanın faciəsindən istifadə edərək, bunlar hətta bu məqamdan da İranla Azərbaycan arasında uydurma paralel etmək günahından çəkinmirlər. Allah Navid Afkariyə və bütün İran rejiminin əlindən həlak olmuş günahsız qurbanlara rəhmət eləsin.

Həqiqətən də, Azərbaycanı tərk edərək xaricdə məskən salmış bu insanlar özlərinə yer tapa bilməyiblər. Amerika cəmiyyətində heç bir müvəffəqiyyət qazanmamış və inteqrasiya etməyi bacarmayan bu uğursuzlar, öz narazılıqlarını və natamamlıq komplekslərini Azərbaycanı tənqid etməklə tətmin etmiş olurlar. Türk qardaşlarımız demişkən, yazıqlar olsun.

Bu arada Azərbaycanda bir tanınmış yazıçı azərbaycanlıların Rusiya televiziyasına çıxmaması ilə bağlı narahatlığını səsləndiriblər… Deyəsən məşhur yazıçımız bilmir ki, bizim Rusiyaya bağlı televiziyamız Vaşinqton və digər yerlərdən internet və facebook üzərindən yayım edirlər və özlərini Azərbaycanlı kimi təqdim edənlər oralarda çox fəaldırlar. Belə bir söz var ki, “yaramazların sonuncu sığınacağı vətənpərvərlikdir”. Eyni zamanda, satqınların ən asan satdığı vətənləridir. Bu onlara nə mənəvi narahatçılıq, nə də fiziki diskomfort verir. Lakin, ömür boyu tanınmış ağalarının dəstəyinə səbəb ola bilər…

*

Və sonda bir incə detala diqqət edək: Adları yuxarıda qeyd olunan bu anti-Azərbaycan mövqeli “soydaşlarımızdan” fərqli olaraq, bugün adından, aclıq aksiyasından birilərinin öz maraqları üçün sui-istifadə istifadə etdikləri Tofiq Yaqublu ölkədən qaçmayıb və idealları uğrunda çətinliklərə qatlanıb. Müxtəlif ölkələrdə rahat yerlərə qaçan, Rusiyanın dəstəyi ilə fəaliyyət göstərən siyasətçilər kimi rahat spekulyasiyalar səsləndirməyən Tofiq Yaqublu ilə yanaşı 2013-cü ildə həbs olunan İlqar Məmmədova qarşı bugünkü çıxışlar da əbəs deyil. Halbuki, İlqar Məmmədov həbsxanada illərini keçirməsinə baxmayaraq, bunlardan fərqli olaraq ölkədən qaçmayıb. Belə çıxır ki, Raufoğlu, Mirzəyeva kimiləri sabah həbsxanadan çıxacağı və bunlar kimi mövqe sərgiləməyəcəyi təqdirdə Tofiq Yaqublunu da öz mənfur hədəflərinə alacaqlar. Ancaq nəticə odur ki, uşaqlarını öz ərindən ABŞ-a qaçırdan Sevinc Mirzəyevadan və həyat yoldaşı tərəfindən evindən qovulan Aleks Raufoğlundan fərqli olaraq, həm İlqar Məmmədov, həm də Tofiq Yaqublu şərəfli insandırlar…

*

[1] https://www.washingtontimes.com/news/2020/sep/7/america-and-its-western-allies-must-push-back-agai/

[2] https://zen.yandex.ru/media/infoteka24/proplachennyi-obijennym-azerbaidjanom-the-washington-times-stalkivaet-lbami-rossiiu-i-zapad-5f57d95fccc2347a76e9a4a7

[3] https://www.newsweek.com/us-must-connect-geopolitical-dots-russias-destabilizing-behavior-opinion-1521514

[4] https://www.strategic-culture.org/news/2020/09/10/israel-funds-america-israel-lobby-while-us-taxpayers-pay-endless-fraud-against-themselves/

[5] https://www.fdd.org/wp-content/uploads/2020/01/fdd-report-occupied-elsewhere-selective-policies-on-occupations-protracted-conflicts-and-territorial-disputes.pdf

Minval.info