Rusiyalı filosofdan şok təklif: Böyük şəhərləri tərk edin, kəndlərə köçün!
Rusiyalı filosof və ideoloq Aleksandr Dugin, Qərblə yaxınlaşan nüvə müharibəsi təhlükəsi səbəbindən Rusiya əhalisinin böyük şəhərlərdən kəndlərə köçməsini təklif edir.
Minval.info xəbər verir ki, Dugin, Qərb ölkələri ilə müharibənin qaçılmaz olduğunu və bu müharibənin nüvə müharibəsinə çevrilmə ehtimalının yüksək olduğunu bildirib. Onun fikrincə, Rusiya meqapolisləri, həyatın, sənayenin və iqtisadiyyatın mərkəzləri olaraq hədəfə çevrilə bilər.
“Moskva, Sankt-Peterburq və Yekaterinburq kimi böyük şəhərlər gələcəkdə mövcud olmayacaq. İnsanlar daha təhlükəsiz və dinc bir həyat üçün kəndlərə köçməlidir. Hündürmərtəbəli binalar isə texnoloji məqsədlər üçün, məsələn, Bitkoin hasilatı üçün istifadə edilə bilər,” – deyə Dugin əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır