Rusiyadan Tonoyanın bəyanatına REAKSİYA

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə həllinə tərəfdardır.”
Azvision.az xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə belə deyib.
Jurnalistin “Nyu-Yorka səfəri zamanı Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edib ki, “ərazilər qarşılığında sülh” formulunu “yeni ərazilər üçün yeni müharibə” ilə əvəzləyir. Ermənistanın baş naziri Nikol Paşinyan da onun bu sözlərini dəstəkləyib. Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşündən dərhal sonra İrəvanın səsləndirdiyi bu ritorikanı necə qiymətləndirirsiniz?” sualına cavabında Zaxarova bildirib ki:
“Əlbəttə ki, nizamlanma prosesində prioritet münaqişə tərəflərinin (Ermənistan və Azərbaycan) qarşılıqlı razılaşmalarına verilir. Əgər hansısa məsələlər üzrə tərəflərin mövqeləri yaxınlaşırsa, biz bunu təqdir edirik və əgər bu işdə vasitəçilərin köməyinə ehtiyac varsa, onda sözsüz ki, Minsk qrupunun həmsədri olaraq üzərimizə götürdüyümüz öhdəliklər çərçivəsində bunu etməyə hazırıq. Rusiya nizamlanmaya yardım edir və bu istiqamətdə təmasları dəstəkləyir. Bu mənada, düşünürəm ki, konkret bəyanatı (Tonoyanın) şərh etmək mənasızdır” – Zaxarova vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanda tələbələr etiraz aksiyası keçirir
Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət edib
Türkiyədə daha 278 nəfər koronavirusdan ölüb
Dayısı oğlunu qaçırıb yarım milyon tələb edənə hökm oxundu
Binəli Yıldırım istefa verdi
Azərbaycan Türkiyəyə əlavə yanğınsöndürən heyəti göndərəcək