Rusiyadan Ermənistanda əsgərinin vurulmasına

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasında qulluq edən Şimali Qafqaz mənşəli 22 yaşlı əsgər bir kafedə ermənilərlə mübahisə zəminində iti alətlə kürəyindən vurulub və xəstəxanaya aparılıb. Hazırda onun hərbi bazanın hospitalında müalicə olunduğu bildirilir.
Axar.az xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin insidentə münasibət bildirərək deyib: “Bu, istintaqın işidir, biz isə bu faciəli hadisə ilə bağlı təhqiqatın obyektiv və hərtərəfli aparılacağına ümid edirik”. Rusiyalı diplomat əlavə edib ki, ermənilərin əsas hissəsi rus hərbçilərinə müsbət münasibət göstərir, burada hərbi bazanın yerləşməsi isə bu ölkənin təhlükəsizliyi üçün mühümdür. Bununla yanaşı, Kopırkin Ermənistanda rus hərbi bazasının yerləşməsinin əleyhinə olanların da mövcudluğunu qeyd edib. “Belə adamlara rast gəlinir və onlar Ermənistanın hüdudlarından kənarda da var”, -deyə diplomat qeyd edib. Səfirin sözlərinə görə, ruslar və ermənilər arasında meydana çıxan problemlər həllini tapır.
Rusiyanın 102-ci hərbi bazası MDB-nin Hava Hücumundan Müdafiə Qüvvələrinin vahid sistemi çərçivəsində Ermənistanın şimalındakı Gümrü şəhərində yerləşdirilib. İki ölkənin razılaşması əsasında hərbi bazanın burada dislokasiya müddəti 2044-cü ilədək uzadılıb. Qeyd olunur ki, bu insident rus hərbçiləri ilə yerli əhali arasında baş verən qalmaqallardan növbəti biridir. Əvvəllər də burada bir neçə ölüm və yaralanma halları ilə nəticələn hadisələr baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türk ordusu Afrinin bütün kəndlərini terrorçulardan təmizlədi
Sabah Türkiyədə seçkilərdir
Ərdoğan: “Məktəblərdə təhsili əyani formada davam etdirməkdə qərarlıyıq”
Gürcüstanda daha 3 988 nəfərdə koronavirus aşkarlanıb, 49 nəfər ölüb
Ərdoğan S-400 məsələsində nöqtəni qoydu
Çeçenistanla Dağıstan arasında torpaq mübahisəsi böyüyür