Sankt-Peterburqun mərkəzində fəaliyyət göstərən “Pyatoroçka” şəbəkəsinə aid mağaza yeniyetmələr tərəfindən qarət olunub.

BakuPost xəbər verir ki, hadisə martın 25-də baş verib.

Bir dəstə yeniyetmə Telejnaya küçəsində yerləşən supermarketə daxil olaraq, piştaxtalardakı malları oğurlayıb və hadisə yerindən qaçıb.

İnsidentdən sonra hüquq-mühafizə orqanları 14-18 yaşarası olan 10 gənc oğlanı saxlayıb.

İstintaq zamanı saxlanılan yeniyetmələrdən ən böyüyünün Azərbaycan vətəndaşı olduğu məlum olub.

Hazırda supermarketə vurulmuş ziyan hesablanır.