Rusiyada ölkəni tərk etmək istəyənlərin sayı artır – Müharibədən bəri ən yüksək hədd !
Rusiyada xaricə getməklə bağlı internet axtarışlarında kəskin artım qeydə alınıb. Minval.info xəbər verir ki, son aylarda vətəndaşlar xarici pasportun hazırlanma müddəti, vizasız səfər edilə bilən ölkələr və ölkədən çıxış qaydaları ilə bağlı məlumatları əvvəlkindən daha intensiv axtarmağa başlayıblar.
Araşdırmaya əsasən, 2026-cı ilin iyun ayında “Xarici pasport nə qədər müddətə hazırlanır?” sorğusu “Yandex” axtarış sistemində 26 339 dəfə edilib. Bu, son illərin ən yüksək göstəricisi hesab olunur. Müqayisə üçün, 2024-cü ilin noyabrında eyni sorğu cəmi 8 203 dəfə axtarılmışdı.
Bildirilir ki, iyul ayında Moskva sakinləri xarici pasport almaq üçün boş qəbul vaxtlarının tapılmaması ilə bağlı kütləvi narazılıqlarını da ifadə ediblər.
“Vizasız getmək” ifadəsi üzrə axtarışlar da rekord həddə çatıb. İyun ayında bu sorğu “Yandex”də 1 251 dəfə axtarılıb ki, bu da əvvəlki rekord göstəricini üstələyib.
Bununla yanaşı, “Ölkədən çıxış icazəsi” və “Çıxış vizası” ilə bağlı sorğuların sayı da son illərin ən yüksək səviyyəsinə yaxınlaşıb. Google Trends məlumatına görə, “çıxış vizası” sorğusunun populyarlığı 2026-cı ilin iyulunda son beş ilin maksimum həddinə yüksəlib.
Məlumatda qeyd olunur ki, ölkəni tərk etmək istəyən hər kəsin buna imkanı yoxdur. Hüquq müdafiəçilərinin məlumatına əsasən, iyunun sonuna Rusiyada 1 680 siyasi məhbus qeydə alınıb. Siyasi motivli hesab edilən cinayət işləri çərçivəsində müxtəlif formalarda azadlıqdan məhrum edilən şəxslərin ümumi sayı isə 5 567 nəfərə çatıb.
Eyni zamanda, borclara görə ölkədən çıxışına məhdudiyyət qoyulanların sayı da artıb. Rəsmi statistikaya əsasən, 2026-cı il yanvarın 1-nə Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətində ölkədən çıxışın məhdudlaşdırılması barədə 8,9 milyon qərar qüvvədə olub. Bu göstərici bir il əvvəlki dövrlə müqayisədə 41,5 faiz çoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putinə ilk dəfə modernləşdirilmiş Yak-130M təqdim edildi
Ermənistanda "Ararat" zavodunun direktoru saxlanıldı
VACİBRusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı
WSJ: Tramp Netanyahu ilə görüşmək istəmir
İsrail yenə "Əl-Əqsa" məscidinə hücum etdi - Türkiyə XİN bəyanat yaydı
Sabiq nazir: Yalnız bu vəzifəyə qayıtmağa hazıram