27.12.2021 - 16:20
Region 178 baxış

Rusiyada helikopter qəzaya düşdü

Rusiya Federasiyasına daxil olan Udmurtiya respublikasında helikopter qəzaya düşüb.

“Minval.info” “TASS”a istinadən xəbər verir ki, insident Bakı vaxtı ilə 15:00-da Yakşur-Bodinski adlı bölgədə baş verib.

Helikopter neft kəmərinə baxış keçirirmiş. İlkin məlumata görə, nəqliyyat vasitəsi Kazandan havaya qalxıb. Hazırda qəzanın detalları araşdırılır. Xilasedicilər hadisə yerinə yollanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: