Rusiyada hava limanlarında uçuş xaosu: Reyslər ləğv edilir
Rusiyanın Şeremetyevo hava limanında ciddi uçuş gecikmələri müşahidə olunur. Onlarla reys təxirə salınıb, təxminən 50 təyyarə vaxtında eniş edə bilmir və 36-dan çox reysdə gecikmələr yaşanır.
Minval.info xəbər verir ki, gecikən reyslər arasında Saratov, Tümen, Ulyanovsk, Krasnodar, Yekaterinburq, Suxumi, Gelencik, Sankt-Peterburq, Həştərxan, Maqas, Kirov, Şarm əl-Şeyx, Volqoqrad, Mineralnıye Vodı, Trabzon, Kalininqrad, Samara, Kazan, Vladiqafqaz, Antalya, Mahaçqala və Hürqədə istiqamətləri yer alır.
Bununla yanaşı, Soçi, Kazan, Kalininqrad, Sankt-Peterburq, Stavropol, Çeboksarı və Saratova uçuşlar tamamilə ləğv edilib. Bəzi reyslərin gecikmə müddəti 24 saatı ötüb. Uxtaya uçuş səhər saat 09:50-dən bəri həyata keçirilmir və gözləyən sərnişinlərə nahar üçün 600 rubl dəyərində qida talonları təqdim edilib.
Qeyd edək ki, Domodedovo hava limanında da reyslərin qəbulu və göndərilməsində məhdudiyyətlər tətbiq olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır