Rusiyada fişəng zavodunda dəhşətli yanğın nəticəsində 5 nəfər ölüb
Rusiyanın Yaroslavl vilayətində yerləşən pirotexnika istehsalı müəssisəsində baş verən yanğın faciə ilə nəticələnib. Hadisə nəticəsində beş nəfər həyatını itirib.
Minval.info xəbər verir ki, yanğın Pereslavl-Zalesski bələdiyyə dairəsinin Kubrinsk qəsəbəsindəki pirotexnika zavodunda baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, müəssisənin ərazisində iki bina yanıb.
Yanğının söndürülməsinə 100-dən çox yanğınsöndürən və 40-dan artıq texnika cəlb edilib. Yanğın nəticəsində dağılan konstruksiyaların arasında xilasedicilər beş nəfərin cəsədini aşkar ediblər. Hadisə zamanı bir qadın da xəsarət alıb və o, təcili tibbi yardıma çatdırılıb.
Yanğının səbəbləri hələlik məlum deyil. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı sənaye təhlükəsizliyi qaydalarının pozulması və bir neçə şəxsin ölümünə səbəb olan cinayət işi açıb. Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şuşada avtomobil tank əleyhinə minaya düşdü
Nepalda güclü yağışlar torpaq sürüşməsinə səbəb oldu
Bakıda avtobus sürücüsünün sərnişinə qarşı kobud davranışı
Goranboyda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası baş verib
Braziliyada məhbus dəmir barmaqlıqları keçərək qaçdı
Hindistanda universitetdə təcavüz iddiası ilə bağlı etirazlar
Ağsuda dağlıq ərazidə yanğın baş verib