Rusiya “facebook”dan imtina edə bilər…

Fərqli görüntülərlə diqqət çəkən rusların çox istifadə etdikləri “facebook”a qadağa qoyula bilər.

Minval.İnfo xəbər verir ki, hökumət “facebook”un insanların şəxsi məlumatlarını gizliliyinə şübhə ilə yanaşmalarını əsas gətirərək bağlanılması ilə əlaqədar danışıqların getdiyi barədə məlumat yayıb.

Bildirilib ki, Vladimir Putinin 2015-ci ildə təsdiq etdiyi qərara əsasən sosial platformada insanların şəxsi məlumatlarının gizliliyinin gücləndirilməsi qanununa əsasən “facebook” bu qanuna tabe olmalıdır.

Rus vətəndaşlarının şəxsi məlumatlarının, paylaşımlarının gizliliyi təhlükə altına girəcəyi təqdirdə, dövlət tərəfindən “facebook” qadağa qoyulacağı elan olunub.

Minval.info