Rusiyada daha bir sərnişin təyyarəsi QƏZAYA UĞRADI
Rusiyanın Sibir vilayətindəki Norilsk şəhərində təyyarə qəzası baş verib.
Redaktor.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, NordStar hava yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi eniş zamanı zolağdan çıxıb. Hadisə zamanı göyərtədə 100 sərnişin olub. Onlar arasında ölən və yaralanan olmayıb. Sərnişinlər və heyət üzvləri təcili təxliyə edilib.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Xatırladaq ki, ötən gün Moskva-Murmansk marşrutu üzrə uçan təyyarə, texniki nasazlıq səbəbiylə “Şeremetevo” hava limanında təcili eniş edib. Laynerdə baş verən yanğın səbəbiylə 41 sərnişin həyatını itirib. Hadisə zamanı təyyarədə 73 sərnişin və 5 heyət üzvü olub. Həmin kadrlar anbaan lentə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
