Rusiyada benzin və dizel kəskin bahalaşdı
Rusiyada benzin bir həftədə 26 qəpik, dizel isə 81 qəpik bahalaşıb.
Avqustun 21-dən 28-dək olan həftə ərzində Rusiyada benzinin orta qiyməti 26 qəpik – litri 54,54 rubl, dizelin bir litrinin qiyməti isə 81 qəpik artaraq 60,84 rubl təşkil edib.
Oxu24.com xəbər verir ki,bu barədə Rosstat-ın məlumatında deyilir.
Qeyd olunur ki, A-92 markalı benzinin qiyməti 19 qəpik – 50,42 rubla qədər, A-95 markalı benzinin qiyməti 22 qəpik artaraq 55,07 rubla, A-98 markalı benzinin qiyməti 55 qəpik artaraq 66 rubl olub.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, bu gün daxili Rusiya bazarında yanacaq qıtlığı yoxdur.
Avqustun 30-da Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasında Aİ-95 markalı benzinin qiyməti çərşənbə günü ticarətin yekunlarına əsasən, yenidən tarixi rekordunu yeniləyərək ton üçün 74 min rubl həddinə yaxınlaşıb.
Bundan əvvəl bildirilmişdi ki, Rusiyada avqust-sentyabr aylarında tədarük edilən benzin və dizelin birja qiymətləri öz yüksək səviyyələrini yeniləyib. Mütəxəssislər bunu hökumətin neftçilərə ödənişləri iki dəfə azaltmaq qərarı ilə əlaqələndirirlər.
Avqustun 25-də məlum olub ki, daxili tələbatın yüksək olması səbəbindən Rusiya neftinin ixracının həcmi son 15 aylıq minimuma yaxınlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır