Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma olub - VİDEO
Volqoqrad yaxınlığındakı Frolovo şəhərində azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında kütləvi dava olub. Dava zamanı bir nəfər ölüb, 3 nəfər yaralanıb.
Bu barədə “Bloknot Volqoqrada” portalı xəbər yayıb.
Məlumata əsasən, silahlı insidentə dağıstanlılar səbəb olublar.
Onlar Frolovo şəhərində azərbaycanlı və ermənilərdən ibarət ailəyə məxsus mağazaya giriblər.
Münaqişə öncə iqtisadi xarakter daşıyıb. İlk atəşi dağıstanlılar açıb. Atəş nəticəsində mağaza sahiblərindən biri, milliyyətcə erməni olan E. ölüb. 3 nəfərin yaralandığı bildirilir. Onlardan ikisi dağıstanlı, biri isə zərərçəkən ailənin nümayəndəsidir.
Polis atışmada iştirak etmiş 4 Dağıstan vətəndaşını saxlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Tonoyanın bəyanatına REAKSİYA
Rusiyada son sutkada daha 20 992 nəfər COVID-19-a yoluxub
Türkiyədə meşə yanğınına görə rus turistlər saxlanıldı
Türkiyədə PKK başçılarından biri məhv edildi
Türkiyədə güclü zəlzələ oldu