01.03.2019 - 21:02
Region 3 baxış

Rusiya səfiri: ATƏT-in Minsk qrupu münaqişənin nizamlanmasına kömək edə bilən real alətdir

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməli olan və edə bilən real beynəlxalq alətdir.

Bunu Trend-ə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Səfir bildirib ki, Minsk qrupunun həmsədrləri bu istiqamətdə müntəzəm fəaliyyətdədirlər:

“Hesab edirəm ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəal çalışırlar, bunun üçün bütün səylərini göstərirlər”.

Qeyd edək ki, bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında Azərbaycan və Ermənistan liderlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul etdikləri bildirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: