Rusiya ordusunun nəhəng tank hücumu darmadağın edildi
Ukraynanın Donetsk vilayətinin Dobropolye istiqamətində Rusiya ordusunun genişmiqyaslı tank hücumunun qarşısının alındığı bildirilir.
Minval.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu son dövrlərin ən iri tank hücumlarından birini həyata keçirməyə cəhd göstərsə də, əməliyyat uğursuzluqla nəticələnib.
Ukrayna tərəfi iddia edir ki, döyüş zamanı 9 tank, 2 zirehli texnika, 3 “Qrad” yaylım atəş sistemi məhv edilib, həmçinin çoxsaylı Rusiya hərbçisi zərərsizləşdirilib.
Yayılan videogörüntülərdə Ukrayna dronlarının Rusiya zirehli texnikasını və motosikletlə hərəkət edən hərbçiləri hədəfə aldığı əks olunub.
Bundan əvvəl də eyni istiqamətdə Rusiyaya məxsus “Buk-M3” zenit-raket kompleksinin məhv edildiyi bildirilmişdi. Məlumata görə, həmin sistemin dəyəri təxminən 50 milyon dollar təşkil edir.
Dobropolye istiqaməti Donetsk vilayətinin şimal-qərbində, Slavyansk-Kramatorsk aqlomerasiyasının cənubunda yerləşir. Ukrayna tərəfindən səsləndirilən bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
WSJ: Bəhreyn və Küveyt İrana gizli zərbələr endirib
SEPAH-dan region ölkələrinə xəbərdarlıq
İran Britaniyanın hərbi bazalarını hədəf almaqla hədələdi
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
Ermənistan ordusunda 7 ayda 30 hərbçi ölüb
ABŞ İranda vurulan hədəfləri açıqladı