Rusiya nüvə idarəetmə sistemini yeniləyib
Rusiyanın Ural dağlarında SSRİ dövründə yaradılmış “Perimetr” adlı nüvə idarəetmə sistemi ilə əlaqələndirilən gizli yeraltı komanda kompleksi modernləşdirilib. Bu barədə “The Sunday Times”, Danimarkanın “Danwatch” nəşri və Rusiyanın “Dosye” Mərkəzinin birgə araşdırmasında məlumat verilib.
Minval.info xəbər verir ki, jurnalistlər Rusiya hərbi satınalmaları ilə əlaqəli 2,5 milyon sənəd, peyk görüntüləri və Şimali Uraldakı Koşvinski Kamen dağının daxilində yerləşən 1335 saylı obyektə dair materialları araşdırıblar. Məlumata görə, burada geniş tikinti və texniki işlər aparılıb.
Sənədlərdə obyekt üçün təxminən 22 min ton polad və 56 min ton sement, həmçinin soyutma, rabitə, havalandırma və həyat təminatı sistemləri üçün avadanlıqların alındığı göstərilir. Kod adı “Qrot” olan 1335 saylı obyekt “Perimetr” sistemi ilə əlaqələndirilir.
“Ölü əl” olaraq tanınan bu sistem, “soyuq müharibə” dövründə yaradılıb. Məqsəd, ölkənin rəhbərliyi və komanda məntəqələri məhv edildikdə belə, cavab nüvə zərbəsi barədə əmrin sağ qalan raket bölmələrinə çatdırılmasını təmin etməkdir. Araşdırmada sistemin müasir versiyası üçün yeni idarəetmə bölməsinin yaradıldığı qeyd edilir.
Bununla belə, ekspertlər “Ölü əl”in tam avtonom sistem kimi təqdim edilməsinin doğru olmadığını bildirirlər. Rusiya nüvə qüvvələri üzrə ekspert Pavel Podviq “Perimetr”in əsasən ehtiyat rabitə sistemi olduğunu və qərarın insanda qaldığını qeyd edib.
1335 saylı obyektin tikintisinə 1980-ci illərdə başlanılıb və SSRİ dağıldıqdan sonra işlər Rusiyada davam etdirilib. 2004-cü ildə “Qrot” Rusiya Silahlı Qüvvələri Baş Qərargahının ehtiyat məntəqəsi statusu alıb. Araşdırma müəllifləri obyektin yenilənməsini Rusiyanın mümkün “başsızlaşdırıcı zərbə” zamanı nüvə qüvvələrinə nəzarətin itirilməsi ilə bağlı narahatlıqları ilə əlaqələndirirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır