07.01.2022 - 13:30
Region 166 baxış

Rusiya Baş Qərargahının eks-rəisi koronavirusdan öldü

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi general Anatoli Kvaşnin 75 yaşında COVID-19-dan vəfat edib. 

“Minval.info” TASS-a istinadən xəbər verir ki, o, yanvarın 7-si gecə saatlarında müalicə aldığı N.N. Burdenko adına Mərkəzi Hərbi Klinik Hospitalda ölüb.

Bildirilir ki, Kvaşnin son bir ay ərzində koronavirusla mübarizə aparırdı, lakin onun vəziyyəti sürətlə pisləşib.

Qeyd edək ki, A. Kvaşnin 1995-ci ilin fevralında Şimali Qafqaz Hərbi Dairəsinin komandanı təyin edilib. O, 1997-2004-cü illərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına rəhbərlik edib. 2004-cü ilin sentyabrından Rusiya Prezidentinin Sibir Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsini tutub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: