“Microsoft” şirkətinin və kiber təhlükəsizlik sahəsindəki ekspertlərin fikrincə Rusiya ABŞ-ın hökumət, korporativ və analitik kompüter şəbəkələrinə yeni hücum kampaniyası başladıb.

Minval.info oxu.az-a istinadən xəbər verir ki, ABŞ hökumətinin məlumatına görə, əməliyyatlar Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir.

“Microsoft” şirkətindən bildirilib ki, sözügedən hücumların müvəffəqiyyət faizi bir o qədər də yüksək olmayıb.

Ümumilikdə 600-dən çox şirkətin sistemlərinə giriş üçün 23 mindən çox cəhd edilib.