Rusca danışdığı üçün döyüldüyünü iddia edən gənclə bağlı AÇIQLAMA
Bakıda rus dilində danışdığı üçün döyüldüyünü iddia edən gəncin müraciəti əsasında araşdırma aparılıb.
Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, Ramana qəsəbə sakini, 18 yaşlı R.H-nin müraciəti polis tərəfindən araşdırılıb. O qeyd edib ki, tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli deyil:
“Mübahisə şəxsi münasibətlərin pozulması zəminində baş verib. Daxil olan müraciət üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə R.H. telefonda anası ilə rusca danışarkən bir nəfərin bıçaqla ona hücum etdiyini bildirib və fotolarını paylaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur