Ukraynanın xüsusi təyinatlılarından ibarət olan “Şaman batalyonu” müharibənin Rusiya ərazisinə keçdiyini etiraf edib. Bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, adı açıqlanmayan iki hərbçi “The Times” nəşrinə müsahibə verərkən, Rusiya ərazisində əməliyyatlar apardıqlarını etiraf ediblər: “Əsas hədəfimiz Rusiyanın neft emalı zavodları, silah-sursat anbarları və rabitə şəbəkələridir.

“Şaman batalyonu” daim düşmənin arxa xəttinə keçərək əməliyyatlar aparır. Bu, sərhəddən kənarda mina yerləşdirməyə bənzəyir. Ruslar nə baş verdiyini anlamır, çox vaxt orada olduğumuza inanmırlar”.

Ukrayna hakimiyyəti öz qoşunlarına silahı yerə qoymağı əmr etsə və Rusiyanın şərtlərinə əməl etməyə razılaşsa, bu günün sonuna qədər ölkədəki vəziyyəti həll edə bilərlər.

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, Ukrayna prezidenti Volodimir Zelenskinin bir gün əvvəl G7 ölkələrinin liderlərinə elan etdiyi ölkədəki vəziyyəti qış gələnə qədər həll etmək istəyi ilə bağlı bəyanatını yüksək qiymətləndirib.

Hazırda NATO Rumıniya və Bolqarıstana 152 kalibr mərmilər istehsal etmək və onları Kiyevə göndərmək barədə göstəriş verib ki, Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin artilleriya qurğularına müqavimət göstərə bilsin.

Bu fikirləri “Rossiya 1” telekanalının efirində Rusiya Dövlət Dumasının deputatı, Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Andrey Qurulev bölüşüb.

“Moskva NATO-nun Ukraynaya verdiyi müasir silahlara diqqət yetirməlidir. Xüsusilə, uzaqmənzilli HİMARS raket sistemlərinə. İndi Rusiya tərəfi Ukrayna ərazisində bu silahların yerləşdiyi nöqtələri müəyyən edir”, – general bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada strateji hərbi məqsədlər üçün taktiki nüvə silahı ilə zərbələr endirə bilər.

“Bu tamhüquqlu bir nüvə zərbəsi deyil, amma təsiri var. 4 kilotonluq 152-lik artilleriya mərmi nüvə avadanlığı təxminən 2 kvadrat kilometr ərazini yerlə-yeksan edir. Zərbə havadan, yəni qırıcıdan atılarsa, ətraf mühitə minimum zərər veriləcəkdir.

Rusiyada isə taktiki nüvə silahının sayı 200-dən çoxdur və onların hamısı tam döyüş qabiliyyətindədir. Amerika kəşfiyyatı indi bildirir ki, Rusiyanın nüvə silahlarının hərəkətini izləyir. ABŞ 152 çaplı nüvə silahının hərəkətini heç vaxt izləyə bilməz”, – deyə Qurulev bildirib.

TVMusavat-ın canlı yayınında politoloq Vaqif Hüseynlə Ukrayna böhranını müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.