Rus bloqeri ölkədən qovdular - VİDEO
Rusiyalı bloqer Qazaxıstandan deportasiya edilib.
Minval.info xəbər verir ki, bu barədə Qazaxıstan polisinin rəsmi məlumatı yayımlanıb. Həmin şəxs qazaxları rus dilini bilmədiklərinə görə təhqir edib.
Məlumatda deyilir ki, “Fasoollka” (Kseniya Quzayeva) ləqəbli rus bloqer sosial mediada təxribatçı və yersiz ifadələrə görə cərimə olunub və buna görə Qazaxıstandan deportasiya edilib. Polis onun deportasiyasının videosunu və aşağıdakı şərhi paylaşıb: “Xarici vətəndaş Qazaxıstan Respublikasının ərazisini tərk edib. Məhkəmə daha əvvəl onu sosial mediada təxribatçı və yersiz ifadələrə görə inzibati məsuliyyətə cəlb edib. Onun Qazaxıstana girişi beş il müddətinə qadağan edilib. Qanun və ölkəyə hörmət istisnasız olaraq hər kəs üçün məcburidir”.
ƏLAQƏLİ
Ermənistan və Ukrayna arasında yeni siyasi mərhələ: İntensiv dialoq və əməkdaşlıq planları
Rus bloqer canlı efirlərində və paylaşımlarında bildirib ki, Astananın mərkəzindəki insanlar “çadırlarda yaşamalı və at sürməlidirlər”. O, həmçinin qazaxları rus dilində danışmadıqları üçün “iyrənc” adlandırıb.
XƏBƏRİN VİDEOSU
Xarici saytda yerləşdirmək üçün Embed Kodu:
ƏLAQƏLİ
İsrailin diaspor naziri: "suriya ilə müharibə qaçınılmazdır" – vəziyyət getdikcə gərginləşir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyalı filosofdan şok təklif: Böyük şəhərləri tərk edin, kəndlərə köçün!