Ruhi dispanserdə müalicə almağa başlayan dünya şöhrətli ifaçı Britni Spirsin fotoları yayılıb.

Qaynarinfo xəbər verir ki, fotolardan göründüyü kimi, məşhur ifaçının yanında sevgilisi Sem Asqari də olub. Məlumata görə, 37 yaşlı müğənni müalicəyə bir gün fasilə verib. Həmin vaxtı isə paparazzilərin obyektivinə tuş gəlib.

Çəkiliş zamanı Sem sevgilisini jurnalistlərin suallarından qorumağa çalışıb.

Sosial mediada müğənninin fanatları onun bu halından narahatçılıq keçirdiklərini bildiriblər.

Ruhi dispanserə yerləşdirilən Britni Spirsin son görüntüləri-