Türkiyəli müğənni Demet Akalın restoranda hesab ödəmək istəyərkən şok olub.

Minval.info xəbər verir ki, 4 dostu ilə restoranda səhər yeməyi yeyən ifaçı hesabı eşidən zaman əsəblərini cilovlaya bilməyib. O, şikayətini şəxsi “instagram” hesabında belə bildirib:

“Biz məşhur olduğumuz üçün aldadılırıq? Dörd nəfər səhər yeməyi yedik və 300 TL ödədik. Ən bahalı pide restoranında belə 90 lirə hesab gəlir”.