
Musiqiçi Suavi prezident Ərdoğanı təhqir etdiyi üçün məhkəməyə çıxarılmışdı.
Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə sənətçiyə 11 ay 20 gün həbs cəzası verilib.
Musiqiçinin vəkilləri müvəkillərinin ifadə azadlığının pozulduğunu bildirərək bəraət verilməsini tələb ediblər.
Məhkəmə isə, Suaviyə 1 il 2 ay həbs cəzası verib. Sonradan onun cəzası 11 ay 20 günə qədər endirilib.
Daha sonra isə məhkəməyə heyəti cəzanı 14 min lirə (təxminən 6 min manat) cəriməyə çevirib.


































