Ərdoğan: “Tramp qondarma “erməni soyqırımı”nı savaş adlandırmağı təklif etdi”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Prezident Donald Trampla qondarma “erməni soyqırımı” məsələsini də müzakirə edəcəyini deyib.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
“Artıq qondarma “erməni soyqırımı” məsələsi bizi bezdirir. ABŞ-a səfərim zamanı da bu məsələyə toxunacağam. Hətta Tramp özü bir dəfə dedi ki, bəlkə buna soyqırımı deyil, savaş desək, necə olar? Mən də cavab verdim ki, bizim qarşımızda hər hansı bir dövlət olmayıb, belə məsələ müzakirə mövzusu deyil. Onu da bildirdim ki, bu, məcburi bir köç məsələsi olub və burada da bəzi sıxıntılar yaşanıb”, – deyə Türkiyə Prezidenti qeyd edib.
Xatırladaq ki, Ərdoğan 13 noyabrda ABŞ-a səfər edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
