Ərdoğan seçkinin ləğvindən danışdı - “İnanın ki, bizi tənqid atəşinə tutardılar”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda AKP-nin toplantısınıda çıxış edir.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Ali Seçki Komissiyasının (YSK) İstanbul Böyükşəhər bələdiyyə sədri seçkisinin ləğvinə və yenidən keçirilməsinə dair verdiyi qərarla bağlı danışır.
Ərdoğan çıxışı zamanı bildirib:
ƏLAQƏLİ
Paşinyanın istefa planı Ermənistanı siyasi dilemmanın qarşısında qoyur
“Bu işləri tələsik etmək olmaz. Seçkilərdə ümumilikdə 51,7 faiz səslə qələbə qazandıq. AKP olaraq bu seçkilərdə 15 böyükşəhər, 24 rayon, 516 vilayətdə idarəçiliyi əldə etdik. Millətimiz 1389 bələdiyyənin 758-nin məsuliyyətini bizə həvalə edib.
Ən mübahisəli mövzu İstanbul böyükşəhər Bələdiyyə rəhbərliyinə seçkilər olub. AKP-yə səs verən 15 min seçicinin səsləri oğurlanıb. Etirazlar gücləndikcə qarşımıza başqa bir mənzərə çıxdı.
Bizə edilən bu haqsızlığın hesabını milli iradə oğrularından soruşmasaq, millətimiz bizdən hesab soracaq. Təqdim etdiyimiz sənədlər olduqca möhkəmdir. İnkarı mümkün olmayan sənədlər var.
Bu işə kirli əllərin müdaxilə etdiyi, məsələnin addım-addım bu nöqtəyə gəldiyi ortadadır. AKP az səs fərqi ilə qələbə qazansaydı və eyni saxtakarlıqlar müəyyən edilsəydi, inanın ki, bizi tənqid atəşinə tutardılar.
Biz qəsb edilən hüquqularımızı bərpa etməyə və saxtakarlığın qarşısını almağa çalışırıq. Biz milli iradəyə hörməti təmin etmək istəyirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyanın istefa planı Ermənistanı siyasi dilemmanın qarşısında qoyur
İspaniya xarici diplomların tanınmasını dayandırdı: səbəb nədir?
Qərbi Azərbaycan İcması ABŞ konqresindəki dinləmələrə etiraz etdi
Alen Simonyan dekabrda Azərbaycana səfər edəcək
Tramp, Putin və Szinpin ayaqüstü qısa söhbət etdi - VİDEO
Azərbaycan-Almaniya universiteti yaradıla bilər
Almaniya İrana bakıdan çağırış etdi