Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın baş naziri Mahathir Məhəmməd İstanbulda “Baykar” müdafiə şirkətinin istehsal kompleksini ziyarət ediblər.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, siyasətçilər Hadımköy rayonunda yerləşən kompleksə helikopterdə gəliblər.
T.Ərdoğanı və M.Məhəmmədi Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank müşayiət edib.


































