Ərdoğan: "Açıq deyirəm, F-35-lər məsələsində təzyiqlərə məruz qalırıq"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəyə F-35 təyyarələrini satmaq istəməməsi barədə danışıb.
ONA-nın məlumatına görə, Ərdoğan bu gün İstanbulda başlayan “İDEF-2019” Beynəlxalq Müdafiə Sərgisinin açılışında çıxışında bildirib ki, Türkiyə bu məsələdə təzyiqlərə məruz qalır: “Açıq deyirəm, F-35-lər məsələsində təzyiqlərə məruz qalırıq. Hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız olanda ilk olaraq müttəfiqlərimizə üz tutduq. Bu istiqamətdə tələblərimiz ya tamamilə cavabsız qaldı, ya da qarşımıza qəbul edilməsi mümkün olmayan şərtlər qoyuldu. Rusiya ilə S-400 anlaşmasının arxasında bu proses var. F-35-lər məsələsində də oxşar təzyiqlərə məruz qalırıq. Bizə ögey münasibət bəsləyənlərin bu işin nə ilə nəticələnəcəyinin fərqində olmadığını görürük. Türkiyənin təcrid olunduğu F-35-lər layihəsi tam iflasa məhkumdur”.
Qeyd edək ki, Türkiyənin S-400 raket kompleksləri almaq barədə Rusiya ilə razılığa gəlməsi ABŞ-ın kəskin etirazına səbəb olub. ABŞ Türkiyəni F-35 təyyarələri satmayacağı ilə təhdid edir.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək