Rəşid Mahmudov oğlunun infarkt keçirməsi ilə bağlı xəbərə aydınlıq gətirdi

“Yayılan bu söz-söhbətlər həqiqəti əks etdirmir. Bunu mənimlə görüşmək istəyən bir cavan oğlan yayıb ki, diqqətimi çəksin”.
“Minval.info” xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov oğlunun infarkt keçirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
O bildirib ki, oğlunun səhhəti qaydasındadır:
“Bu məsələni yazan Füzulidən olan bir oğlandır. Düşünürəm ki, onun səhhətində ciddi problemlər var, əks halda belə bir şey etməzdi. Həmin oğlan neçə müddətdir mənim nömrəmə zəng edir və mənimlə görüşmək istədiyini deyir. Mən də demişəm ki, otur taksiyə Füzulidən gəl Bakıya. Gəliş-gediş üçün pulunu verirəm. Deyir ki, yox, sən durub gəlməlisən Füzuliyə. Mən də təbii ki, gedə bilmirəm. Zənglərinin əlindən onlayn dərslərimi apara bilmirdim. Məcbur olub iki əlaqə nömrəsini də blok etdim.
Ondan sonra götürüb yalan-yanlış belə bir məlumat yazıb. Bilmirəm harada yayıb, kimə deyib, mənə zəng edib oğlumu soruşurlar. O gün yenə zəng edib deyir mən səni çox istəyirəm. Bu yazını ona görə yazdım ki, məni polisə verəsən, polis də məni sənin yanına gətirsin. Oğlum tam sağlamdır, heç bir narahatlıq yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?