Rəşad Məcid: “Salam Sarvan vodkanın əsiridir, baş qoşmağa dəyməz” - QALMAQAL
“Çox təəssüf edirəm ki, vaxtilə gözəl şeirlər yazmış Salam Sarvan indi vodkanın əsiridir. Onun nankorluğu barəsində əfsanələr dolaşır. Kamal Abdulla, Anar, AYB Salam Sarvana çox kömək edib, amma o onlara qarşı nankorluq edib. Məncə, belə adama baş qoşmağa dəyməz”.
Minval.info-nun kulis.az-a istinadən xəbərinə görə, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib.
Onun sözlərinə görə, Salam Sarvan gənc yazıçılara araq içirdir: “Onların psixologiyasına təsir göstərir. Orxan Həsənini, Rəvan Cavidi, digər gənc yazarları Salam Sarvandan uzaq durmağa çağırıram. O yolun sonu yoxdur.”
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Qeyd edək ki, şair Salam Sarvan gənc yazar Elşad Baratın AYB-dən qovulmasına barədə özünün sosial şəbəkədəki hesabında status yazmışdı. O, statusda Rəşad Məcidin də ünvanına sərt ittihamlar səsləndirmişdi: “Elşad Baratı AYB-dən çıxarılması münasibətilə təbrik edirəm. Əşi, yaxşı bir yer olsaydı, mən üç il qabaq çıxmazdım ki o təşkilatdan. Onsuz da növbəti qurultayda Anar müəllimin özünü də oralardan uzaqlaşdıracaqlar. Çingiz Abdullayevlə Rəşad Məcidi isə AYB-nin ədalətli üzvləri imza toplayıb Birlikdən qovdurmalıdırlar – istedadsız olduqlarına görə. Çün istedadsız ola-ola yaradıcılıq ocağı sayılan bir quruma soxulmaq ayıbdı, üstəlik bu adamların həmin qurumda söz sahibi olmasını həzm eləmək təşkilat üzvləri üçün diskomfortdu”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"