Qonşu ölkədə qəpikləri yığışdırırlar
Rusiya Mərkəzi Bankı keçən il dəyəri 1 rubldan aşağı olan dəmir pullar dövriyyəyə buraxmayıb. Beləcə, qəpiklər sıradan çıxarılır.
Bizimyol.info xəbər verir ki, Mərkəzi Bank inflyasiyaya görə dəmir pul istehsalını mənasız sayır. Buna görə də keçən il dövriyyəyə xırda pullar çıxmayıb.
Mərkəzi Bankın hesabatına görə, əhalidə təxminən 6,6 milyard rubla yaxın qəpik var. Təkcə 1 qəpikliklərin həcmi 72,8 milyon rubldur.
Hələ 2012-ci ildən Rusiyada 1 və 5 qəpikliklər istehsal olunmur. Çünki dəmir pulun maya dəyəri dəfələrlə çoxdur. 2010-cu ildə 1 qəpiklik 47, 5 qəpiklik isə 69 qəpiyə başa gəlirdi.
Rusiya əhalisinin əlində dəmir pullardan daha çox 50 qəpiklik var. Ruslardakı 3,6 milyard rubl bu pulla saxlanılır.
Mərkəzi Bank məsələ ilə bağlı bəyanat yayıb. Burada qəpiklərin dövriyyədən çıxarılmadığı xəbərdarlığı verilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada yaşayış binasında partlayış olub, yaralananlar var
Rusiyada koronavirusdan ölənlərin sayı 300 minə yaxınlaşır
İrana məxsus yük maşını Ermənistanda qəzaya düşdü - Sürücü öldü
Gürcüstanda koronavirusdan üçüncü körpə ölümü qeydə alınıb
KTN: "Rusiya Türkiyədən narıngi idxalına tam qadağa qoymayıb"