Qonşu ölkədə polislər gənc qıza maşında təcavüz etdi
Rusiyanın Yekaterinburq şəhərində post-patrul xidmətinin üç əməkdaşına qarşı cinayət işi açılıb. İstintaqın versiyasına əsasən, polis əməkdaşları 21 yaşlı qızı xidməti “UAZ” markalı avtomobildə zorlayıblar.
Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına əsasən, polisləri DİN əməkdaşları saxlayıblar.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə əsasən, idarəyə daxil olan məlumatı dəqiqləşdirmək üçün əraziyə əməkdaşlar cəlb edilib. Volk qeyd edib ki, günahkar şəxslər məsuliyyətə cəlb ediləcək və sistemdən uzaqlaşdırılacaqlar
Cinayət hadisəsi 18 avqust tarixində baş verib. Polis əməkdaşları saunadan çıxan intim xidmət göstərən qızı saxlayıblar. Qadın rus vətəndaşlığı olmayan Qazaxıstan sakinidir. Mənbənin sözlərinə əsasən, polislər qızı “UAZ”a mindirərək hədələyiblər və zorlayıblar.
oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub