Qələbədən sonra Azərbaycanın yeni strateji prioritetləri müəyyənləşib
Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad etməsindən altı il keçir. Bu müddət ərzində ölkənin inkişafına mane olan işğal faktı aradan qaldırıldı və bölgədə yeni reallıqlar yarandı.
Minval.info xəbər verir ki, politoloq Oqtay Qasımovun sözlərinə görə, 2020-ci ilə qədər Azərbaycanın əsas prioriteti torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası idi. Lakin bu hədəfə çatıldıqdan sonra qarşıda duran vəzifələr dəyişib. Hazırda əsas istiqamətlər azad edilmiş ərazilərin bərpası, insanların məskunlaşdırılması və Azərbaycanın regional rolunun gücləndirilməsi ilə bağlıdır.
Bu çərçivədə infrastrukturun inkişaf etdirilməsi, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və dünya ticarətinin əsas marşrutlarından birinə çevrilməsi də vacib hədəflər arasında yer alır. Təhlükəsizlik məsələsi də dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycan ordusunun maddi-texniki bazasının gücləndirilməsi və hərbi imkanlarının artırılması istiqamətində ardıcıl addımlar atır.
Sərhədlərin etibarlı qorunması, müdafiə sənayesinin inkişafı və tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzindədir. Azərbaycanın qarşıdakı dövrdə əsas vəzifələri təhlükəsizlik mühitinin möhkəmləndirilməsi, iqtisadi potensialın gücləndirilməsi və azad edilmiş ərazilərdə dayanıqlı inkişafın təmin edilməsi kimi strateji istiqamətlərdə cəmlənir.
Bu məqsədlərə nail olmaq üçün yeni dövrün çağırışlarına uyğun yanaşmaların formalaşdırılması zəruridir. Dünya yüksək texnologiyaların və süni intellektin inkişaf etdiyi yeni mərhələyə qədəm qoyur. Bu baxımdan, azad edilmiş ərazilərdə ağıllı kənd və şəhər konsepsiyalarının tətbiqi müasir texnoloji yanaşmaların əhəmiyyətini göstərir. Azərbaycan yüksək texnologiyalar, kibertəhlükəsizlik və süni intellekt sahələrində öz imkanlarını genişləndirməli və mühüm addımlar atmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyanın Baş Naziri Pedro Sançez erkən seçki elan etdi
Məhkəmə qərarlarını icra etməyənlər cinayət məsuliyyətinə cəlb ediləcək
Böyük Britaniyada yeni evlərin qiymətini azaltmaq planı təqdim edildi
Məkkə ittifaqı Riyadda toplanacaq
Pedro Sançes növbədənkənar seçkilər elan etdi
FTB direktoru Kaş Patel 20 yaş kiçik müğənni ilə evlənir
Tramp süni intellekt siyasətini nəzarətə götürəcək yeni qurum yaratdı