FTB direktoru Kaş Patel 20 yaş kiçik müğənni ilə evlənir
ABŞ-da Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel şəxsi həyatı ilə gündəmə gəlib. O, özündən 20 yaş kiçik müğənni Aleksis Uilkins ilə evlənməyə hazırlaşır.
Minval.info xəbər verir ki, bu barədə məlumatı Aleksis Uilkins “X” sosial media platformasında paylaşıb. 27 yaşlı müğənni paylaşımında “Biz qanun çərçivəsində nikahı qeydiyyata almağa getdik” ifadəsini işlədib və barmağındakı üzüyü nümayiş etdirib.
Kaş Patel isə bu paylaşımı ürək və üzük emojisi ilə cavablandırıb. Lakin cütlüyün hüquqi statusu haqqında hələ dəqiq məlumat yoxdur. Amerika mediası bu paylaşımı nişan elanı kimi qəbul edib.
Məlumatlara görə, 46 yaşlı Patel ilə Uilkins arasındakı münasibət 2023-cü ilin yanvar ayından başlayıb. Aleksis Uilkins Bostonda doğulub, uşaq yaşlarından televiziya seriallarında rol alıb və 2024-cü il seçkiləri öncəsi Donald Trampı dəstəkləyən mahnılar yazdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyanın Baş Naziri Pedro Sançez erkən seçki elan etdi
Qələbədən sonra Azərbaycanın yeni strateji prioritetləri müəyyənləşib
Məhkəmə qərarlarını icra etməyənlər cinayət məsuliyyətinə cəlb ediləcək
Böyük Britaniyada yeni evlərin qiymətini azaltmaq planı təqdim edildi
Məkkə ittifaqı Riyadda toplanacaq
Pedro Sançes növbədənkənar seçkilər elan etdi
Tramp süni intellekt siyasətini nəzarətə götürəcək yeni qurum yaratdı