28.09.2026 - 15:29
Qəhvənin insanlara fərqli təsiri: Dietoloq elmi əsasları açıqladı
Səhiyyə 1 baxış

Qəhvənin insanlara fərqli təsiri: Dietoloq elmi əsasları açıqladı

Qan qrupunun insanların kofeinə həssaslığına və qəhvəyə münasibətinə təsir göstərməsi ilə bağlı elmi sübutlar mövcud deyil. Bu barədə dietoloq və tibb elmləri namizədi Yelena Solomatina açıqlama verib.

Minval.info xəbər verir ki, sosial şəbəkələrdə qan qrupları ilə qəhvəyə reaksiyalar arasında əlaqə olduğu barədə müxtəlif iddialar dolaşır. Belə ki, bəzi fikirlərə görə, I və III qan qrupuna malik olanlar qəhvəni daha yaxşı qəbul edir, II qan qrupu olanlarda isə içkidən sonra əllərdə titrəmə və ürəkdöyünmə müşahidə edilə bilər. IV qan qrupuna sahib şəxslərdə isə mədə yanması halları daha çox rast gəlinir.

Lakin dietoloq bu iddiaların elmi əsasının olmadığını vurğulayıb. Onun sözlərinə görə, insanın qəhvəyə reaksiyası əsasən orqanizmin fərdi xüsusiyyətlərindən və kofeinə alışqanlıq səviyyəsindən asılıdır.

Solomatina bildirib ki, bəzi insanların orqanizmi kofeini daha sürətlə parçalayır, digərlərində isə bu proses daha yavaş gedir. Bundan başqa, müntəzəm qəhvə içənlərdə zamanla kofeinin təsirinə qarşı müəyyən tolerantlıq formalaşa bilər.

Bu səbəbdən qəhvəni mütəmadi qəbul edənlər üçün əvvəlki miqdarda içki artıq əvvəlki qədər güclü təsir göstərməyə bilər. Əksinə, nadir hallarda qəhvə içənlər az miqdarda kofeindən sonra belə güclü oyanıqlıq və yuxu problemləri yaşaya bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: