Qazaxıstan Prezidenti: "Ölkənin bütün regionlarında konstitusiya quruluşu bərpa olunub"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, respublikanın bütün regionlarında konstitusiya quruluşu bərpa olunub və vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir.
Minval.info RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Tokayev cümə günü səhər Prezident Administrasiyası rəhbərliyi, Təhlükəsizlik Şurası və təhlükəsizlik qüvvələrinin iştirakı ilə terrorla mübarizə qərargahının iclasını keçirib.
Mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkədəki əməliyyat vəziyyəti, antiterror əməliyyatının gedişi, regionlardakı vəziyyət müzakirə olunub.
“Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları gərgin iş aparır. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu əsasən bərpa olunub. Vəziyyətə yerli orqanlar nəzarət edir”, – məlumatda bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub