Qarayara təhlükəsi: Samuxda vəziyyət nəzarət altında, vətəndaşlara xəbərdarlıq
Samux rayonunda qarayara xəstəliyinin yayılması ilə bağlı ilkin epidemioloji tədqiqatlar aparılıb. Bu araşdırmalar nəticəsində xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib.
Minval.info xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə bəyanatına əsasən, ilk şübhəli şəxsdən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.
Xəstəliklə təmasda olan şəxslər müəyyən edilərək tibbi nəzarət altına alınıb. Dəri yaraları olan şəxslərdən laborator müayinələr üçün nümunələr götürülüb.
Xəstə heyvanla təmasda olan 9 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Bu şəxslərin əsasən Samux rayon sakinləri olduğu bildirilir. Onlardan götürülən nümunələr Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Qarayara xəstəliyinin torpaq mənşəli olduğu və dünyanın müxtəlif yerlərində rast gəlindiyi qeyd edilir. Xəstəlik əsasən xəstə və ya ölmüş heyvanlarla, onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçir. İnsandan insana ötürülməsi isə nadir hallarda baş verir.
Hazırda vəziyyət müvafiq qurumların nəzarətindədir və lazımi epidemioloji tədbirlər görülür. Əhali arasında xəstəliyin yayılması müşahidə olunmur və vətəndaşların narahatlığına əsas olmadığı bildirilir.
Vətəndaşlara xəstə və ya ölmüş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək tövsiyə olunur. Xəstəliyə şübhə yaradan əlamətlər müşahidə edildikdə isə dərhal tibb müəssisəsinə müraciət etmək məsləhət görülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Bakıda sabah yağış yağacağı ehtimalı var
Qubanın dağlıq ərazilərinə ilki qar yağdı
Şahdağda qar yağışı qeydə alınıb
Rayonlarda şimşək və yağışlı hava şəraiti müşahidə olunur
Binəqədi şosesində zolaqlar artırıldı: hərəkət daha rahat olacaq
Bakının bəzi ərazilərində elektrik enerjisi kəsintiləri olacaq