“Qaranlıq, soyuq, gərgin – çox çətin olacaq” – Ekstrasensin proqnozu
“Rusiya-Ukrayna müharibəsi ilin sonuna qədər səngiyəcək”.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ukraynalı ekstrasens Rubina Tsıbulska deyib.
“Zaman çətin, çox çətin olacaq. 2023-cü il qaranlıq, soyuq, gərgin, amma boş olmayacaq. İnsanlar indi müşahidə olunan durğunluqdan tədricən çıxacaqlar”, – ekstrasens bildirib.
Onun sözlərinə görə, ölkə tədricən bərpa olunacaq, insanlar əvvəlki həyatlarına qayıdacaqlar, işləyəcəklər, fəallaşacaqlar: “Ukraynalıların həyatında baş verən ən pis şey 2022-ci ildə qalacaq”.
Rubina ümumilikdə Ukraynanı gələcəkdə nələrin gözlədiyini də deyib, bildirib ki, ölkənin bərpası çox vaxt aparacaq: “Ən pisi odur ki, hər kəs yalnız özünə güvənməli olacaq”.
Ukraynada müharibənin nə vaxt bitəcəyi sualını cavablandıran ekstrasens qeyd edib ki, 2022-ci ilin sonuna kimi aktiv hərbi əməliyyatlar səngiyəcək, qələbələr olacaq, amma bu, yekun deyil.
“Hərbi fəallıq gələn ildə müşahidə olunacaq. Bəzi işğal olunmuş ərazilərdə müəyyən aktivlik olacaq. 2023-cü ilin yazı çox şeyə yekun vuracaq. Daha az qorxacağıq, qələbələr də olacaq”, – Rubina söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır