“Qarabağ” şokda - ÇL-də mübarizəni dayandırdı
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti matçına çıxıb.
Ağdam təmsilçisi Kiprin APOEL klubunu qəbul edib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası Kiprdə əldə etdiyi üstünlüyü qorumaqla pley-off mərhələsinə yüksələ bilərdi.
Lakin APOEL klubu vurduğu iki qolla “Qarabağ”ı 2:0 məğlub edərək növbəti mərhələyə adlayıb. 34-cü dəqiqədə De Vinsenti penaltidən fərqlənibsə, 68-ci dəqiqədə Matiç ikinci topu qapıdan keçirib.
Qeyd edək ki, “Qarabağ” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Azərbaycan təmsilçisi Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Zirə” - “Keşlə” oyunundan sonra hakim döyülüb
Mahir Emrelinin bu kluba transferi hər an reallaşa bilər
"Qurban Qurbanov çox ləyaqətli hərəkət edib" - Dövlət başçısı
Sterlinq dövməsinə görə Dünya çempionatına gedə bilmir
“Qarabağ” – “Bazel” oyununun biletləri satışa çıxarılıb
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
Gündüz Abbaszadə “Qarabağ”da? - Açıqlama