"Qarabağ" APOEL-dən intiqam ala bilmədi - GENİŞ FOTOSESSİYA
Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir.
MİNVAL.İNFO xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Bakıda Kiprin APOEL klubunu qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə nəticələnib.
Bu, Qurban Qurbanovun komandasının cari avrokubok mövsümündə Nikosiya təmsilçisi ilə 3-cü matçı olub. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” məhz APOEL-lə qarşılaşmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı.
A qrupunun digər oyununda “Sevilya” “Düdelanj”ı qəbul edəcək.
24 oktyabr
Avropa Liqası
A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) – 2:2
Qollar: Dani Kintana, 13 (1:0), İoannou, 29 (1:1), Hallenius, 45 (1:2), Ailton, 59 (2:2)
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
23:00.”Sevilya” (İspaniya) – “Düdelanj” (Lüksemburq)
Məhəmməd Türkmən
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR



























































































































