Qara dənizdə gərginlik artır: Rusiya Ukrayna yüklərini hədəfə aldı
Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukrayna ordusu üçün yük daşıdığı iddia edilən üç quru yük gəmisinə zərbələr endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Minval.info xəbər verir ki, avqustun 6-sı axşam saatlarından 7-si səhərədək pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən hücumlar nəticəsində Ukrayna Silahlı Qüvvələrinin maraqlarına xidmət edən üç gəmi vurulub.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl də bu cür zərbələrin Ukrayna ordusuna silah, texnika və digər yüklərin daşınması imkanlarını əhəmiyyətli dərəcədə azaltdığını bildirmişdi. Digər tərəfdən, Ukrayna tərəfi Qara dəniz limanlarının blokadası səbəbindən kənd təsərrüfatı sektorunun bu il 1,5-3 milyard ABŞ dolları həcmində zərərə məruz qala biləcəyini açıqlayıb. İyulun 22-dən etibarən Böyük Odessa limanlarına gəmilərin girişinin dayanması ixrac və idxalda ciddi problemlər yaradıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır