
İranda, Cənubi Azərbaycanda hökm sürən sərt hava şəraiti həyatı iflic edib.
Axar.az xəbər verir ki, güneyin Ərdəbil, Təbriz, Xalxal, Qoşaçay, Urmiya bölgələrinə güclü qar yağıb və bu səbəbdən dünəndən məktəblərdə dərs dayandırılıb.
Qar avtomobillərin hərəkətinə də əngəl törədib.
Aidiyyəti qurumlar yanvarın 17-dən başlayaraq yolları qardan təmizləməyə çalışırlar.







































