Daxili işlər orqanları əməkdaşları müvafiq icazə almadan qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər aşkarlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 29-da qanunsuz sərnişin daşımağa cəhd edən 7 taksi sürücüsü aşkar edilərək saxlanılıb.
Həmin şəxslər inzibati qaydada həbs edilib.


































