Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən 27-28 oktyabr tarixlərində keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Yuxarı Mil-Qarabağ kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakinləri Qardaş Nəzirov, Natiq Mikayılov, Rəsul Səmədov, İbrahim Əliyev, Eldəniz İbrahimov, Səmədağa Mənəfov, İlham Bağırov, Amil Bayramov, Ağcabədi şəhər sakini Batil Mirzəyev olduğu müəyyən edilib.
O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 6 300 manat məbləğində cərimələnib: “Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Cəlilabad rayon sakini Məzahir Məmmədov, Oktay Tomarov, Fərman Əliquliyev, Göyçay rayon sakinləri Vüsal Dadaşov, Əflatun Bədirov, Vasif Nəsirov, Rafael Hacıyev saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 7000 manat məbləğində cərimələnib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur