26.02.2018 - 10:54
Foto 2 baxış

"Qalatasaray" azarkeşləri Xocalı Soyqırımı abidəsinin önündə - FOTO

Türkiyə futbol klubunun azarkeş qrupu Xocalı Soyqırımı abidəsini ziyarət ediblər.

Minval.info xəbər verir ki, “Qalatasaray” komandasının ölkəmizdəki fanatları bugünkü günlə əlaqədar bir araya gəliblər.

“UltrAslan” azarkeş qrupu abidəni ziyarət edərək soyqırımda həyatını itirənlərin xatirəsini yad ediblər.

Onlar abidənin önündə Azərbaycan bayrağını və üzərində “26 il səssiz vicdan” yazılan plakat açıblar.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: