“Qəbiristanlıqdakı tikinti zamanı məzarlara ciddi ziyan dəyir” - Video

Vətəndaş Zaur Səfərov Masazırdakı qəbiristanlıqda obyekt tikildiyini iddia edir.
“Minval.info” xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Z.Səfərov ərazidəki qəbiristanlıqda tikinti işlərinin getdiyini deyib: “Dəfələrlə olub ki, burada yaşayan insanların yaxınları rəhmətə gedib və dəfn etmək istəyiblər, lakin icazə verilməyib. Deyiblər ki, yerimiz yoxdur. Orada qazıntı aparıb obyekt tikmək istəyən şəxslər haqqında dəfələrlə bələdiyyədən soruşmuşuq. Bizə deyiblər ki, məxfidir. Tikinti işləri aparmağı yuxarılar tapşırıb. Masazır sürüşkən ərazi olduğu üçün tikinti işləri aparılan zaman qəbirlərə ciddi ziyan dəyir”.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Məsələ ilə bağlı Masazır Rayon Bələdiyyə sədri Rüfət Fətullayevlə əlaqə saxladıq. Sədr “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin ərazidə işlər obyekt tikmək üçün aparılmır: “İlk olaraq onu deyim ki, Masazır ərazisindəki qəbiristanlıqda ancaq həmin ərazinin vəfat edən sakinləri dəfn oluna bilər. Obyekt məsələsinə gəldikdə isə orada obyekt tikilmir. Tikinti işləri başdaşlarının hazırlanması məqsədilə olan yer üçün nəzərdə tutulub.
Sizə onu da deyim ki, Zaur Səfərov adlı şəxs bizə nə rəsmi, nə də qeyri-rəsmi müraciət edib. O, bizimlə qərəz aparır. Atası ilə qəbiristanlığın o biri tərəfində başdaşları hazırlayırlar. İndi narahat olublar ki, bu tərəfdə də yer tikilir, ona görə şikayət ediblər. Bu cür narazılıqları, şikayətləri olan zaman sakinlərdən xahiş edirəm ki, ilk olaraq bizə müraciət etsinlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?