Putinin dostunun oğlu Norveçdə həbs edilib
Norveç polisi əhalisinin təxminən 15 faizi Rusiya vətəndaşları olan Şimal Buzlu Okeanında yerləşən Şpitsbergen (Svalbard) arxipelaqında drondan çəkiliş aparan 47 yaşlı rusiyalını iki həftə müddətinə həbs edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həbs edilən şəxs Rusiya Dəmir Yollarının keçmiş rəhbəri və Rusiya prezidenti Vladimir Putinin dostu sayılan Vladimir Yakuninin oğlu Andrey Yakuninin oğludur.
47 yaşlı Yakunin Böyük Britaniya və Rusiya vətəndaşıdır, İtaliyada yaşayır və investisiya biznesi ilə məşğuldur. Krımın işğalından sonra onun atasına qarşı ABŞ tərəfindən sanksiyalar tətbiq edilib. İş adamının özü yazda İtaliya televiziyasına verdiyi müsahibədə heç vaxt Putinə və ya “Vahid Rusiya” partiyasına səs vermədiyini və Ukraynadakı müharibənin əleyhinə olduğunu deyib.Yakuninin pilotsuz uçan aparatı müsadirə edilib.
Xatırladaq ki, Avropa Birliyi ölkələri və Norveç fevral ayında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ruslara öz ərazilərində pilotsuz təyyarələrdən istifadə etməyi qadağan edib. Son bir həftə ərzində Norveçdə bu qaydanı pozduğuna görə 7 nəfər həbs olunub – onlardan dördü, strateji obyektlərin havadan fotolarını çəkirmiş.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır