Putini Hitlerlə müqayisə etdilər, qalmaqal düşdü
Polşa prezidenti Anjey Duda Almaniya kansleri Olaf Şols və Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinlə danışıqlarını tənqid edib. Onun sözlərinə görə, bu danışıqlar heç bir nəticə verməyəcək. Bu barədə “Bild” nəşri yazıb.
“Kansler Şoltsla prezident Emmanuel Makronun Putinlə apardığı bütün danışıqlar məni heyrətə gətirir. Bu danışıqlar heç nəyə gətirib çıxarmır”, – Polşa prezidenti “Bild”ə açıqlamasında deyib. Onun sözlərinə görə, bu danışıqlar daha çox “Rusiya ordusunun Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyət daşıyan şəxs üçün bir növ legitimlik” effekti verir.
“Bəs İkinci Dünya Müharibəsi zamanı kimsə Adolf Hitlerlə belə danışıq aparıb?”, – Duda əlavə edib.
Azərbaycanın bütün KİV-i Ukraynadakı hadisələrin balanslı və obyektiv mənzərəsini təqdim edir. İctimaiyyətin hərtərəfli informasiya almaq, hadisələr haqqında real təsəvvür formalaşdırmaq imkanı var. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer cümə axşamı brifinqdə deyib.
O həmçinin Rusiyanın əsassız təcavüzünə məruz qalan Ukrayna xalqına iqtisadi və humanitar dəstək göstərən Azərbaycan hökumətinin mövqeyini yüksək qiymətləndirib.
ƏLAQƏLİ
Ermənistanda PANİKA: Azərbaycan Ordusu yüksəklikləri götürdü, mühəndislik işlərinə başladı – CANLI
Bu və gündəmdəki bir çox sualları aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edirik. Qonağımız Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.youtube.com/watch?v=smV-ASDNvbE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fənərbağça - Beşiktaş matçı - CANLI
TƏCİLİ: Türkiyədə seçkilər 1 il təxirə salınır?
