Putin jurnalistlə bağlı qalmaqala görə iki generalı işdən qovdu
Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə narkotik satışında ittiham olunaraq saxlanılıb daha sonra sərbəst buraxılan “Meduza” saytının jurnalisti İvan Qolunovla bağlı qalmaqala görə iki generalı polis orqanlarından uzaqlaşdırıb.
“Qafqazinfo”nun rus KİV-nə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin Moskva üzrə rəisi Devyatkin Yuri və Dövlət Daxili İşlər Nazirliyinin Qərb İnzibati Rayon Şöbəsinin Daxili İşlər İdarəsinin Moskva üzrə rəisi Andrey Puçkov vəzifəsindən azad edilib.
Xatırladaq ki, iyunun 12-də Moskvada İvan Qolunova dəstək məqsədilə razılaşdırılmamış kütləvi aksiya keçirilib. Aksiyada 1200-ə yaxın insan iştirak edib. 200-dən çox etirazçı saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan istefa verəcək
İranda deputatlar keçmiş Prezident Həsən Ruhanini məhkəməyə veriblər
İranda koronavirusa yoluxanların sayı 5 milyonu keçib
Gürcüstan prezidenti azərbaycanlılara cavab verdi
Müharibənin “tətiyi” çəkilir - Paşinyanın taleyi Bakının əlində