İlham Əliyevin Paşinyanla növbəti görüşü olacaq

Ermənistanın baş naziri Nikol Paşinyanla prezident İlham Əliyevin qeyri-rəsmi görüşü planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Paşinyan “RİA Novosti”nin sorğusuna cavabında bildirib: “Bəli, bu, qeyri-rəsmi görüş olacaq”.

Bundan əvvəl Paşinyan mətbuat konfransında “Azərbaycan prezidenti ilə görüşünüz nə vaxt olacaq” sualına “çox tezliklə” cavabını vermişdi.

Qeyd edək ki, İlham Əliyev hazırda Davos forumunda iştirak edir.